EN

Azərbaycanda klublar qarşısında YENİ TƏLƏB qoyuldu!

Peşəkar Futbol Liqası (PFL) II Liqada mübarizə aparan klublar qarşısında yeni tələb irəli sürüb.

Çempionatın təşkilatçısı olan qurum bununla bağlı onlara xəbərdarlıq edib.

PFL-in istəyi stadionlarla bağlıdır.

Belə ki, Peşəkar Futbol Liqası yarışmaçılardan meydança ilə əlaqəli problemləri təcili aradan qaldırmalarını istəyib.

Belə ki, PFL oyunların qazonu yararsız arenalarda təşkilinə icazə verməyəcəyini bildirib. Yəni ki, hansı stadionun ot örtüyü yaşıl olmasa, ora ayaq basılmayacaq.

II Liqada növbəti mövsüm sentyabrın 4-də start götürəcək. Liqa 12 komandanın iştirakı ilə iki dövrəli sistemlə keçiriləcək.

22 turdan sonra “altılıq” sistemi işə düşəcək. İştirakçılar turnir cədvəlində tutduqları mövqeyə uyğun iki qrupa bölünəcək.

SPORTİNFO.AZ

Chosen
13
sportinfo.az

1Sources