"Sabah" heyətinə yeni basketbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Bakı təmsilçisi Azərbaycanın U-18 millisinin üzvü Emmanuel Agbasonu transfer edib.
2009-cu il təvəllüdlü, 206 santimetr boya malik basketbolçu ilə 3 illik müqavilə imzalanıb.