EN

Bölgələrdə ictimai nəqliyyatın inkişafı üçün nələr edilməlidir?

"Əfsuslar olsun ki, bu gün bölgələrimizdə ictimai nəqliyyat zəif inkişaf edib". 

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib. 

O, bunun səbəblərindən bəhs edib:

"Məsələn, bölgələrdə adətən çox köhnə avtobuslardan istifadə olunur. Bu da orada ictimai nəqliyyatın xidmət keyfiyyətini aşağı salır. Lakin yeni kiçik və orta tutumlu mikroavtobuslar gətirməklə bu problemi həll etmək mümkündür. Sözügedən nəqliyyat vasitələrini ölkəmizə gətirmək və bölgələrdə dövriyyəyə buraxılması qarşımızda duran əsas vəzifələrdən biri olmalıdır". 

380990

Ekspert qeyd edib ki, hətta rayonlar arasında fəaliyyət göstərən avtobuslara da maraq azdır:

"Bir çox hallarda bölgələrdə yaşayanlar Bakıya gəlib, paytaxtdan regionlara üz tuturlar. Bunu ən yaxşı və komfortlu variant kimi görürlər. Təbii ki, bu da çox təəssüfləndirici haldır. Amma bunun da çıxış yolu var. Əgər bölgələr arası yeni avtobuslar fəaliyyət göstərsə, insanlar bunun üçün yollarını uzadıb Bakıya gəlməzlər. İlk növbədə sərnişinlərin rahatçılığı təmin olunmalıdır". 

Aslan Əsədov sözlərini belə yekunlaşdırıb:

"Əgər kiçik və orta tutumlu yeni avtobuslarlar gətirilsə, onlardan bölgələr arası marşrut xətlərində də istifadə oluna bilər. Əlbəttə ki, bunun kimi addımların atılması bölgələrdə ictimai nəqliyyatı inkişaf etdirəcək. Bundan başqa, bölgələrdə ictimai nəqliyyatın yüksək olması həmin yerlərə turistlərin də marağını artırar. Bu isə iqtisadi artım deməkdir". 

Pərviz

Chosen
161
23
hit.az

10Sources