EN

Tramp Ağ Evin Şöhrət divarından Baydenin portretini çıxarır

ABŞ Prezidenti Donald Tramp Ağ Evin Şöhrət Divarında sələfi Co Baydenin portreti yerinə qələm təsvirinin qoyulmasını nəzərdən keçirir. Ulusal.az xəbər verir ki, bu barədə o, Daily Caller-ə verdiyi müsahibəsində danışıb.

Tramp jurnalistlərə ABŞ prezidentlərinin müxtəlif portretlərini göstərərək, Baydenin şəklinin qələmlə əvəz oluna biləcəyini bildirib. Hələlik qələm simvolunun istifadə olunub-olunmayacağı dəqiqləşməsə də, Tramp yeni portretlərin yaxın iki həftə ərzində ictimaiyyətə təqdim olunacağını vurğulayıb.

“O, seçkini uduzdu. Yazıq uduzdu. Dəhşətli prezident idi,” — deyə Tramp Baydenə ironiya ilə toxunub və onun “xərçəngin 9-cu mərhələsi” ilə bağlı iddialarını xatırladıb.

Qeyd edək ki, keçmiş prezident Bayden əvvəllər ailə üzvləri ilə bağlı sənədlər də daxil olmaqla, çoxsaylı əfv və əvəzetmə qərarlarını imzalamaq üçün qələm istifadə etdiyini etiraf edib. “Sifarişlər çox idi, ona görə də mən fontan qələm istifadə etdim,” — deyə Bayden əlavə edib.

Chosen
5
moderator.az

1Sources