EN

2025 in ən mistik gecəsi Bürcləri nələr gözləyir?

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sentyabrın 7-də Ay tutulması baş verəcək. Ay tutulması səmanın ən gizli qapılarından birini açır. Bu, bizə küldən yenidən doğulmaq üçün cəsarət verir.

Basdırılmış duyğular, yarımçıq vidalar, beynimizdə fırlanan suallar, özümüzdə qurduğumuz məhdudiyyətlər...

Dözdüklərimiz, qurban roluna düşdüklərimiz, hərəkətə keçə bilmədiklərimiz, dəyərimizdən aşağı qərarlaşdığımız şeylərdən artıq azad oluruq.

Ay tutulması bürclərə necə təsir edəcək?

Qoç: Bu tutulma Qoç bürcü nümayəndələrini dərin üzləşməyə dəvət edir. 12-ci evdə baş verəcək və basdırılmış duyğuların üzə çıxmasına, keçmişlə hesablaşmağa və bəzi mövzuların bağlanmasına zəmin yarada bilər. Yuxular artacaq, tək qalmaq ehtiyacı ön plana çıxa bilər. Artıq sizi yoran vərdişlərdən və münasibətlərdən azad olma zamanı gəlib. Ruhsal şəfa, meditasiya və yaradıcı fəaliyyətlər üçün güclü fürsətdir.

Buğa: Buğa bürcü nümayəndələri üçün sosial çevrə, dostluqlar və gələcək planları imtahana çəkiləcək. 11-ci evdə baş verəcək tutulma bəzi dostluqların bitməsinə, aidiyyət anlayışının dəyişməsinə səbəb ola bilər. Hədəflərinizi yenidən gözdən keçirmək, enerjinizi doğru insanlara və layihələrə yönəltmək önəmlidir.

Əkizlər: Tutulma Əkizlər bürcünün karyera və ictimai status sahəsini təsirləndirəcək. 10-cu evdə baş verəcək bu hadisə iş həyatında dönüş, mövcud vəzifənin bitməsi və ya yeni istiqamət axtarışını gətirə bilər. İctimai imicdə dəyişiklik mümkündür. Sizə xidmət etməyən məqsədləri buraxmaq vaxtıdır.

Xərçəng: 9-cu evdə baş verəcək tutulma Xərçəngləri inanc, təhsil, fəlsəfə və xarici əlaqələr mövzularında dəyişdirəcək. Köhnə düşüncə formalarını buraxmaq, baxış bucağını yeniləmək üçün güclü təkan verəcək. Xaricə aid planlar dəyişə bilər, həyat fəlsəfəsi yenilənə bilər.

Şir: 8-ci evdə baş verəcək tutulma Şirləri maddi-mənəvi paylaşımlar, borclar, miras və emosional bağlar mövzusunda imtahana çəkəcək. Asılılıqları buraxmaq, gücü paylaşmaq, böhranları transformasiya etmək lazım olacaq. Qorxularla üzləşməklə daxili şəfa mümkündür.

Qız: 7-ci evdə baş verəcək tutulma Qız bürcü nümayəndələrinə münasibətlər və ortaq işlər sahəsində dəyişiklik gətirəcək. Bir münasibətin sonlanması və ya transformasiyası mümkündür. Açıq üzləşmələr baş verə bilər. Sevgi və iş ortaq­lıqları ilə bağlı önəmli qərarlar veriləcək.

Tərəzi: 6-cı evdə baş verəcək tutulma gündəlik həyat, sağlamlıq və iş rutininizi təsirləndirəcək. Artıq davam edə bilməyən vərdişlərdən imtina etməli, sağlamlığa diqqət etməli olacaqsınız. İş mühitində dəyişiklik mümkündür. Daha balanslı həyat tərzi qurmaq önə çıxacaq.

Əqrəb: 5-ci evdə baş verəcək tutulma Əqrəbləri sevgi həyatı, yaradıcılıq və uşaqlar mövzusunda sınağa çəkəcək. Bir eşq əlaqəsi başa çata bilər və ya böyük dəyişikliklər gətirə bilər. Yaradıcı layihələr tamamlanacaq, daxili ehtiraslar yenidən qiymətləndiriləcək.

Oxatan: 4-cü evdə baş verəcək tutulma Oxatan bürclərinin ev, ailə və köklərlə bağlı məsələlərini gündəmə gətirəcək. Yaşadığınız yerdə dəyişiklik, ailə ilə bağlı üzləşmələr ola bilər. Keçmişi qəbul edib sağaltmaq gələcək üçün önəmli olacaq.

Oğlaq: 3-cü evdə baş verəcək tutulma Oğlaq bürclərinin ünsiyyət, qohumlar, qardaşlar və düşüncə formaları ilə bağlı sahələrdə tamamlanma gətirəcək. Köhnə fikir və ünsiyyət tərzini buraxmaq vaxtıdır.

Dolça: 2-ci evdə baş verəcək tutulma Dolçaları maddi məsələlər və öz dəyər anlayışı ilə üzləşdirəcək. Gəlir və xərclərlə bağlı dönüş, yeni dəyər sistemləri ortaya çıxacaq. "Mənim üçün əslində nə dəyərlidir?" sualı ön planda olacaq.

Balıq: 1-ci evdə baş verəcək tutulma birbaşa Balıq bürclərinin həyatına təsir edəcək. Şəxsi kimlikdə və həyat duruşunda dəyişikliklər ola bilər. Münasibətlərdə "mən" ilə "biz" balansı ön plana çıxacaq. Köhnə mövzular bağlanacaq, yeni bir başlanğıc üçün şərait yaranacaq. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
1
moderator.az

2Sources