Bakı. Trend:
Azərbaycan və Özbəkistan bərpa olunan enerjinin inkişafısahəsində regional liderlərə çevrilirlər.
Bu barədə Trend“Moody’s”ə istinadən xəbər verir.
“Mövcud enerji istehsal güclərinin məhdud imkanları regionalqarşılıqlı əlaqəyə və bərpa olunan enerjinin, xüsusilə şimaldakülək, cənubda isə günəş enerjisi imkanlarının inkişafetdirilməsinin zərurətinə diqqəti artırır. Hökumətlərarası planlarAzərbaycan, Qazaxıstan və Özbəkistan arasında elektrik enerjisinintranssərhəd ticarətinə şərait yaratmaq üçün Xəzər yaşıl enerjidəhlizinin yaradılmasını nəzərdə tutur.
Eyni zamanda, regionun bir çox ölkələri enerji sektorundarəqabətli bazarların formalaşdırılması və özəl investisiyalarıncəlbi istiqamətində islahatlara başlayıblar. Azərbaycan vəÖzbəkistan isə bərpa olunan enerji sahəsində regional liderlərəçevrilir”, – deyə “Moody’s”in son hesabatında qeyd olunur.
Reytinq agentliyi vurğulayır ki, son illərdəki diplomatikirəliləyişlər — 2022-ci ildə Qazaxıstanla Özbəkistan arasında,2023-cü ildə Qırğızıstanla Özbəkistan arasında, həmçinin, 2025-ciilin martında Qırğızıstanla Tacikistan arasında sərhədrazılaşmalarının əldə olunması — enerji qarşılıqlı əlaqələriningenişlənməsi üçün əsas yaradıb. Ermənistanla Azərbaycan arasında2025-ci il avqustun 8-də sülh sazişinin paraflanması isə regionalsabitliyi daha da möhkəmləndirir.
“Moody’s”in analitiklərinin fikrincə, Mərkəzi Asiyada vəQafqazda regiondaxili ticarətin artması daha sıx enerjiinteqrasiyası potensialını önə çıxarır.
“Regiondaxili ticarətin həcmi 2017–2023-cü illər arasındamünasibətlərin yaxşılaşması, infrastruktur investisiyaları və OrtaDəhlizin — Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Avropailə birləşdirən multimodal ticarət marşrutunun inkişafı sayəsində,demək olar ki, ikiqat artıb. Gəlmə və regiondaxili turizm də2015-ci ildə 22,5 milyon nəfərdən 2023-cü ildə 31,5 milyon nəfərəqədər, yəni 40 faiz artıb”, – hesabatda qeyd olunur.