EN

Qafqazdan Mərkəzi Asiyaya "yaşıl" dəhlizlərin yaradılması üzrə təşəbbüslər əhəmiyyətli həcmdə investisiyalar tələb edəcək - "Moody's"

Bakı. Trend:

Qafqaz və Mərkəzi Asiyadan Avropaya “yaşıl” enerji dəhlizlərininyaradılması təşəbbüsləri əhəmiyyətli həcmdə investisiyalar tələbedəcək

Bu barədə Trend“Moody’s”ə istinadən xəbər verir.

Reytinq agentliyi 2024-cü ilin noyabrında keçirilən BMT-ninİqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasında (COP29) Azərbaycan, Qazaxıstan vəÖzbəkistanın Xəzər “yaşıl” enerji dəhlizinin inkişafı üzrə stratejitərəfdaşlıq imzaladığını xatırladır.

Layihə Qazaxıstan, Özbəkistan, Azərbaycan, Türkiyə (Ba3, sabit)və Avropa İttifaqını (Aaa, sabit) külək və günəş enerjisi əsasındaistehsal olunan elektrik vasitəsilə Xəzər dənizi üzərindənplanlaşdırılan, uzunluğu 400 km olacaq sualtı kabel iləbirləşdirməyi nəzərdə tutur. Bu kabel Qazaxıstanı Azərbaycanlaəlaqələndirəcək.

“Hazırda layihə Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastrukturİnvestisiya Bankının (Aaa, sabit) dəstəyi ilə texniki-iqtisadiəsaslandırma mərhələsindədir. Layihənin mühüm tərkib hissəsini isəplanlaşdırılan Qara dəniz sualtı kabeli ilə bağlantı təşkil edir.Bu, uzunluğu 1200 km olacaq yüksək gərginlikli beynəlxalqinterkonnektor vasitəsilə həyata keçiriləcək və AzərbaycanlaGürcüstana bərpa olunan mənbələrdən istehsal olunan elektrikenerjisini Avropaya ixrac etmək imkanı verəcək. Layihə 2022-ci ilindekabrında Macarıstan (Baa2, mənfi), Rumıniya (Baa3, mənfi),Gürcüstan və Azərbaycan arasında imzalanmış strateji sazişçərçivəsində icra olunur. Sonradan bu dörd ölkə onun həyatakeçirilməsi üçün “Green Energy Corridor Power Company” adlı şirkəttəsis edib”, – deyə “Moody’s”in son hesabatında qeyd olunur.

Avropa Komissiyası dəyəri 3,8 milyard avro həcmindəqiymətləndirilən Qara dəniz sualtı kabeli layihəsinin nəzərdətutulan xərclərinin maliyyələşdirilməsi üçün 2,3 milyard avroayırıb. Obyektin istismara verilməsi 2029-cu iləplanlaşdırılıb.

“ Günəş və külək enerjisinin Avropaya ixracı üzrə butəşəbbüslərin mühüm potensialının olmasına baxmayaraq, onlargenişmiqyaslı investisiyalar tələb edəcək”, - deyə hesabatdavurğulanır.

Məqalədə:
Chosen
139
az.trend.az

1Sources