EN

Tərəvəzlər yuxusuz gecədən sonra enerjini bərpa etməyə köməkEDİR

Endokrinoloq Zuhra Pavlova bildirib ki, meyvə və tərəvəzlər yuxusuz gecədən sonra enerjini bərpa etməyə kömək edir.

Redaktor.az xəbər verir ki, həkim yuxu çatışmazlığının təsirini kofe olmadan yumşaltmağın yolunu "Teleqram" kanalında paylaşıb.

Mütəxəssis qeyd edib ki, meyvə və tərəvəzlərdə çoxlu vitamin, mineral və antioksidant var, bu da enerjini sürətlə bərpa etməyə imkan verir, xüsusilə orqanizm yuxu çatışmazlığından zəifləmişdirsə.

Həkim əlavə edib ki, bitki mənşəli qidaların canlandırıcı təsiri araşdırmalarla sübut olunub. Avropa, Yeni Zelandiya və ABŞ-dan gənclərdən fəaliyyət və əhval-ruhiyyə gündəliyi tutmaları xahiş olunub. Müşahidələr göstərib ki, əhval-ruhiyyəyə ən çox təsir edən amil yuxudur, lakin meyvə və tərəvəzlər də əhvalı qaldıra və yuxusuzluğu kompensasiya edə bilər.

“Yuxusuz gecədən sonra köməyə kofein və şirniyyat deyil, təzə meyvə və ya salat gələcək. Onlar real dəstək verəcək”, - deyə həkim vurğulayıb.

Aytəkin TOFİQQIZI

Chosen
8
1
redaktor.az

2Sources