EN

Azərbaycan Qafqaz və Mərkəzi Asiya regionunda 2050-ci ilə qədər istixana qaz emissiyalarının azaldılması üzrə qarşısına hədəf qoymuş yeganə ölkədir - "Moody's"

Bakı. Trend:

Azərbaycan Qafqaz və Mərkəzi Asiya regionunda 2050-ci ilə qədəristixana qaz emissiyalarının azaldılması üzrə qarşısına hədəfqoymuş yeganə ölkədir.

Trend xəbər verirki, bu barədə “Moody’s”in son hesabatında deyilir.

“Asiya İnkişaf Bankının məlumatlarına əsasən, 2030-cu ilə qədərkarbonsuzlaşdırma hədəfinə nail olmaq üçün Mərkəzi Asiya və Qafqazölkələrinə təxminən 120 milyard dollar investisiya lazım gələcəkki, bu da ÜDM-nin təqribən 14 faizini təşkil edir.

Bu investisiyaların əsas hissəsi ilk növbədə su enerjisi iləbağlı olmayan bərpa olunan mənbələrdən elektrik enerjisininistehsalına, eləcə də, enerji səmərəliliyinin artırılması və şəbəkəinfrastrukturunun inkişafına yönləndirilməlidir”, - deyə “Moody’s”analitikasında qeyd olunur.

Hesabatda vurğulanır ki, regiondakı bütün ölkələr 2030 və ya2050-ci illərə qədər emissiyaların azaldılması üzrə hədəflər elanediblər, lakin bu hədəflərin miqyası və iddialılığı fərqlidir.

Regionun ən böyük emissiya istehsalçısı olan Qazaxıstan 1990-cıil səviyyələri ilə müqayisədə 2030-cu ilə qədər istixana qazemissiyalarını qeyd-şərtsiz 15 faiz, şərti olaraq isə 25 faizazaltmağı öhdəsinə götürüb. Qlobal Atmosfer Araşdırmaları üzrəEmissiyalar Bazası məlumatına görə, 2023-cü ildə Qazaxıstandaadambaşına düşən emissiya 15,99 ton CO₂-ekvivalenti təşkil edib ki,bu da Azərbaycandakı (6,17 ton), Özbəkistandakı (6,14 ton),Gürcüstandakı (5,13 ton) və Qırğızıstandakı (3,11 ton)göstəricilərdən xeyli yüksəkdir.

Region ölkələrinin əksəriyyəti mütləq azalma hədəfləriniizləyir, lakin Özbəkistan istisna təşkil edərək 2010-cu illəmüqayisədə 2030-cu ilə qədər ÜDM-in hər vahidinə düşən emissiyaları35 faiz azaltmaq məqsədini müəyyənləşdirib. Bunun əksinə olaraq,Ermənistan 1990-cı il səviyyəsindən 40 faiz aşağı emissiyaya2030-cu ilə qədər nail olmağı planlaşdırır.

Məqalədə:
Chosen
175
az.trend.az

1Sources