EN

Elmi Cərrahiyə Mərkəzi təmirə dayanır

BAKI, 2 sentyabr. TELEQRAF

Akademik M.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi təmir ediləcək.

Teleqraf xəbər verir ki, mərkəzin təmir işlərini “Pro Construction Company” MMC 206 min 53 manata icra edəcək.

Cərrahiyə mərkəzinin istilik və havalandırma sistemləri isə “Euroservise” MMC tərəfindən 89 min 780 manata yenilənəcək. Təmir və yenilənmə işlərinin oktyabrın 31-i başa çatdırılması nəzərdə tutulur.

Mərkəz növbəti bir il ərzində liftlərini də 24 min 544 manata yeniləyəcək. Bunun üçün “EXPO-LIFT” MMC illik xidmət göstərəcək.

Qeyd edək ki, Elmi Cərrahiyə Mərkəzi “Kripto Lab” MMC-dən 97 min 598 manat dəyərində tibbi cihaz və alətlər də alıb. Qurum eyni zamanda Tibb Texnikasının Təmiri Zavodundan 98 min 825 manat dəyərində tibbi qaz alıb.

Chosen
17
teleqraf.com

1Sources