Ukrayna NATO üzvü ola bilməz, lakin Slovakiya Aİ-yə daxil olmaq üçün onunla işləməyə hazırdır.
Redaktor.az xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fiko Rusiya prezidenti Vladimir Putinlə Pekində keçirilən görüşdə bildirib.
"Mən əvvəldən dediklərimi bir daha vurğulayıram: Ukrayna NATO-ya üzv ola bilməz. Bu, mənim son qərarımdır. Aİ-yə üzvlük məsələsinə gəlincə, biz bu məsələdə Ukrayna ilə əməkdaşlığa hazırıq", - baş nazir vurğulayıb.
Fiko Ukraynanın Aİ üzvlüyünün “vacib qərar” olduğunu qeyd edərək, əlavə edib ki, ölkə “Aİ-yə daxil olmaq üçün bütün tələbləri yerinə yetirməlidir”. Baş nazir cümə günü Zelenski ilə görüşündə mövzunu müzakirə edəcəyini deyib.
Aminə Şahsuvarqızı