EN

Qondarma “Arsax” bəyanatı və Minsk Qrupunun ləğvi - ÖZƏL

2 sentyabr 2025-ci ildə qondarma chr("39")Dağlıq Qarabağ Respublikasıchr("39")nın elanından 34 il ötür. Özünü "Arsax Milli Məclisi"  adlandıran qurum açıqlamasında iddia edir ki, "Arsax xalqı" dövlətçilik hüququna malik olub, lakin 2020-ci il müharibəsi və 2023-cü ilin sentyabr əməliyyatları nəticəsində zorla yurd-yuvasından didərgin düşüb. Sənəddə ATƏT-in Minsk Qrupunun ləğvi tənqid olunur və vurğulanır ki, chr("39")Qarabağ problemi hələ də həllini tapmayıbchr("39").
Bu mövzu da politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:  " Bu gün Ermənistanda yenidən revanşistlər köhnə bayatıları söyləməklə məşğuldurlar və yenə də qondarma qurumla bağlı bəyanatlar səsləndirirlər. Hesab edirəm ki, bunun heç bir əhəmiyyəti yoxdur. O dəftər qapanıb, məsələ bitib. Dünən də ATƏT-in Minsk qrupu ləğv olundu. Bu o deməkdir ki, məsələ beynəlxalq gündəlikdən də çıxıb. Hesab edirəm ki, Ermənistan hakimiyyəti də bu məsələlərə adekvat reaksiya verəcək və bu, onların rəsmi mövqeyi deyil. Bu tip məsələlərlə də düşünmürəm ki, sülh prosesinə əngəl olmaq mümkün olsun. Hər halda, Ermənistan hakimiyyəti də məsələyə mövqeyini göstərəcək. Nikol Paşinyan bəyan edib ki, onlar üçün Qarabağ məsələsi bitmiş sayılır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
61
olaylar.az

1Sources