Rusiya diktatoru Vladimir Putin bəyan edib ki, Moskva "əlverişli şərait yaranarsa" işğal altında olan Zaporijjya AES-də ABŞ və Ukrayna ilə əməkdaşlığa hazırdır.
Bu barədə RBC-Ukrayna Rusiya mətbuatına istinadən xəbər verir.
Kreml rəhbərinin sözlərinə görə, Rusiya tərəfi artıq amerikalı tərəfdaşlarla bu məsələni müzakirə edib.
"Biz amerikalı tərəfdaşlarla Zaporijjya AES-də də əməkdaşlıq edə bilərik. Prinsipcə, biz onlarla bu məsələləri dolayısı ilə də müzakirə etmişik. Yeri gəlmişkən, eyni şey Ukrayna tərəfinə də aiddir", - diktator bildirib.
Daha sonra o əlavə edib ki, əgər “əlverişli şərait yaranarsa”, guya Rusiya, ABŞ və Ukrayna “Zaporijjya AES-də birgə əməkdaşlıq edə bilər”.
Əziz Mustafa