EN

Bakıda yollar bağlanır Sürücülərə VACİB XƏBƏRDARLIQ

News24 saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakının "Azneft" dairəsi ərazisində aparılacaq işlərlə əlaqədar sentyabr 2-si saat 23:00-dan etibarən yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə News24.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.

Məlumata görə, Bayıl və şəhər istiqamətində nəqliyyatın hərəkətində hər hansı məhdudiyyət nəzərdə tutulmur.

Qeyd edək ki, məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək "Formula 1" Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək.

Bakı Şəhər Halqası sürücülərdən və piyadalardan alternativ marşrutlardan istifadə etmələrini xahiş edir və sakinlərin göstərdiyi anlayışa görə əvvəlcədən təşəkkürünü bildirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
60
49
news24.az

10Sources