EN

Putindən Fitsoya: Onların qazını və işığını kəsin!

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Slovakiyanın Baş naziri Robert Fitsoya Ukraynaya qaz və elektrik enerjisinin nəqlini dayandırmağı təklif edib.

Axar.az xəbər verir ki, Rusiya liderinin fikrincə, belə bir addım Kiyevi digər ölkələrin maraqlarını nəzərə almağa məcbur edəcək.

Putin qeyd edib ki, Ukrayna enerji resurslarının əhəmiyyətli hissəsini qonşu Şərqi Avropa ölkələri vasitəsilə alır.

"Onların qaz təchizatını, elektrik enerjisini bağlayın və onlar dərhal başa düşəcəklər ki, başqalarının maraqlarını pozmaq sahəsində davranışlarda müəyyən məhdudiyyətlər var", - Putin bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
77
5
axar.az

6Sources