"Sheki City” Futbol Klubunun İdarə Heyətinin qərarına əsasən, klubun loqosu və adı yenilənib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
"Bu addım, klubumuzun inkişaf strategiyasının və peşəkarlıq yolunda atdığı mühüm addımların bir hissəsi olaraq həyata keçirilib.
Eyni zamanda qeyd edirik ki, klubumuzun adının dəyişdirilməsi nəzərdə tutulub. Yeni ad artıq müəyyənləşdirilib - “Şəki PFK” (Şəki Peşəkar Futbol Klubu). Dəyişiklik, yaxın vaxtlarda rəsmi təsdiqlənərək ictimaiyyətə təqdim ediləcək. Bu dəyişikliklər klubumuzun həm tariximizə, həm də gələcək hədəflərimizə daha uyğun bir kimlik formalaşdırmasına xidmət edir.
Biz inanırıq ki, bu addım klubumuzun daha geniş arenada tanınmasına, azarkeşlərimizlə bağımızın güclənməsinə və yeni uğurların əldə edilməsinə zəmin yaradacaq", - deyə məlumatda qeyd edilib.