EN

ABŞ İran neftinə görə onlara sanksiya tətbiq edib

ABŞ İran neftinin daşınmasını həyata keçirən şirkət və gəmilərə sanksiyalar tətbiq edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat dərc olunub.

Bildirilib ki, İran neftini İraq nefti adı altında qaçaqmalçılıq yolu ilə daşıyan gəmi və şirkətlərin sahibi Valid əl-Samirrai adlı biznesmendir.

Onun rəhbərlik etdiyi şəbəkə gizli şəkildə İraq və İran neftlərini qarışdırır və İraq nefti kimi beynəlxalq bazara çıxarır ki, burada məqsəd ABŞ sanksiyalarından yayınmaqdır.

Nazirliyin məlumatına görə, İran hökuməti və sözügedən biznesmen bu yolla yüz milyonlarla dollar qazanıb.

“İranın neft gÉ™lirini hÉ™dÉ™fÉ™ almaqla rejimin ABÅž-a vÉ™ müttÉ™fiqlÉ™rinÉ™ qarşı hücum qabiliyyÉ™tini deqradasiyaya uÄŸradacağıq”, - ABÅž MaliyyÉ™ NazirliyindÉ™n bildirilib.(APA)

Chosen
13
12
olke.az

10Sources