EN

Fransa məhkəməsi Bəşər Əsədin həbsinə order verdi


Fransa məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həbsinə order verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.
Qərar amerikalı jurnalist Mari Kolvin və fransalı fotoqraf Remi Oklinin ölümü ilə bağlı verilib. Onlar 2012-ci ildə hökumət qüvvələrinin Homs şəhərini bombalaması nəticəsində həlak olublar.
Keçmiş prezidentdən başqa, məhkəmə onun administrasiyasında eyni iş üzrə daha 6 keçmiş yüksək vəzifəli məmur haqqında həbs qərarı çıxarıb.
Xatırladaq ki, 2023-cü ilin noyabrında Fransa məhkəməsi artıq 2013-cü ildə Suriyada kimyəvi hücumların təşkili ittihamı ilə Əsədin həbsinə order verib. 2025-ci ilin iyulunda Fransanın ən yüksək kassasiya məhkəməsi Əsədin iddia edilən cinayətlər zamanı prezident toxunulmazlığına malik olduğunu bildirərək orderi ləğv edib.
Chosen
11
1
yeniavaz.com

2Sources