EN

Cəlilabadda motosiklet aşdı Bir nəfər xəsarət aldı

CƏLİLABAD, 2 sentyabr. TELEQRAF

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, rayonun Suluçeşmə kənd sakini, 1999-cu il təvəllüdlü Cəfərov Əli Zöhrab oğlu motosikletdən yıxılaraq xəsarət alıb.

O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin ilkin diaqnozuna əsasən, Ə.Cəfərovun sol baldır nahiyəsində küt travma və şişkinlik, həmçinin sağ qabırğa nahiyəsində küt travma müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
9
1
teleqraf.com

2Sources