EN

Transfer pəncərəsinin son günündə klubunu dəyişdi - Fransalı yarımmüdafiəçi

Fransalı yarımmüdafiəçi Adrien Rabio transfer pəncərəsinin son günündə “Milan”a qoşulub və burada daha əvvəl uğurla əməkdaşlıq etdiyi baş məşqçi Massimiliano Alleqrinin rəhbərliyi altında oynayacaq.

Sportinfo.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, “Marsel”dən ayrılan Rabio “qırmızı-qaralar”la 30 iyun 2028-ci ilədək olan müqavilə imzalayıb.

Sözləşmədə lazım gələrsə, müddətin avtomatik 1 il də uzadılması şərti nəzərdə tutulub.

Yeni klubda 30 yaşlı futbolçunun illik maaşı 3,5 milyon avro təşkil edəcək. Rabionun səyləri klubun UEFA Çempionlar Liqasına qayıtmasına kömək edərsə, onun maaşı 4 milyon avroya qədər artırılacaq.

Chosen
15
sportinfo.az

1Sources