ain.az, Olke.az portalına istinadən məlumat verir.
Almaniya kansleri Fridrix Merts Cenevrəni Ukraynada atəşkəsə nail olmaq üzrə danışıqlar yeri kimi təklif edib.
"Ölkə.az" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O qeyd edib ki, artıq İsveçrə prezidenti ilə danışıb və onu əmin edib ki, Cenevrə Ukraynada atəşkəs sazişinin bağlanması üçün əlverişli məkan kimi görünür.
“Birisigün koalisiyaya yenidən orada toplaşmağı təklif edəcəyəm” - deyə Merts İsveçrə Prezidenti Karin Keller-Zutter ilə birgə mətbuat konfransında bildirib.
Əvvəllər bildirilmişdi ki, “İstəklilər koalisiyası” sentyabrın 4-də Ukrayna üçün təhlükəsizlik təminatları və onun gələcək dəstəyi ilə bağlı məsələləri müzakirə edəcək. Görüş videokonfrans vasitəsilə baş tutacaq.
İclasda Almaniya kansleri Fridrix Merts, Böyük Britaniyanın baş naziri Kir Starmer, NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iştirakı gözlənilir.
“İstəklilər koalisiyası” Ukraynada mümkün sülhməramlı missiyada iştiraka icazə verən 30-dan çox ölkəni, əsasən də Avropanı birləşdirən birlikdir. Fransa və Böyük Britaniya əlaqələndirici rol oynayır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.