EN

Tramp: Çinin hərbi paradını əzələ nümayişi hesab etmirəm

BAKI, 3 sentyabr. TELEQRAF

Çində Rusiya və Şimali Koreya liderlərinin iştirakı ilə keçirilən hərbi paradı ABŞ-yə əzələ nümayişi kimi qəbul etmirəm.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"Çinin bizə ehtiyacı var. Mənim Çin lideri ilə əla münasibətim var . Lakin Çinin bizə ehtiyacı daha çoxdur", - Ağ Ev rəhbəri deyib.

Qeyd edək ki, Çin hərbçiləri parad zamanı təkmilləşdirilmiş modellər də daxil olmaqla bir neçə növ döyüş təyyarəsini nümayiş etdirəcək. Tədbirdə Rusiya prezidenti Vladimir Putin də iştirak edəcək.
.

Chosen
11
teleqraf.com

1Sources