sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Nyukasl" yay "transfer pəncərəsi"nin son günündə 55 milyon funt-sterlinq qarşılığında "Brentford"un hücumçu Yoan Vissanı heyətinə qatıb. Sport24.az "Sky Sports"a istinadən xəbər verir ki, sövdələşmə "transfer pəncərəsi"nin bağlanmasına 30 saniyədən az vaxt qalmış tamamlanıb.
Konqo millisinin 29 yaşlı futbolçusu ilə uzunmüddətli müqavilə imzalayıb. O, "sağsağan"ların heyətində 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Vissa karyerası ərzində Premyer Liqada 137 oyun keçirib, 45 qol vurub və 13 məhsuldar ötürmə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.