EN

Xəzər Universitetinə rektor təyin edilib

Raziyə İsayeva Xəzər Universitetinin rektoru təyin edilib.

Bu barədə Operativ Media-ya  universitetdən məlumat verilib.

Raziyə İsayeva İqtisadiyyat və Menecment fakültəsinin dekanı vəzifəsində çalışıb.

O həm bakalavr, həm də magistr təhsilini Xəzər Universitetində alıb, Corc Vaşinqton Universitetində "Layihələrin idarə olunması" üzrə magistr dərəcəsini qazanıb, 2024-cü ildə isə Finlandiyanın Lapland Universitetində fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə edib.

O həmçinin beynəlxalq layihələrin müəllifi və rəhbəri kimi tanınır, təhsil, sənaye və insan resurslarının idarə olunması sahəsində zəngin təcrübəyə malikdir.

 

Chosen
124
operativmedia.az

1Sources