EN

İslandiya - Azərbaycan oyununun hakimləri açıqlandı

BAKI, 3 sentyabr. TELEQRAF

DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycan yığmaları arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, Reykyavikdəki matçı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Görüş FIFA referisi Sander van der Eykə tapşırılıb. Onun köməkçiləri isə Rens Blümink və Stefan de Qroot olacaq. Dördüncü hakim funksiyasını Mark Naqteqaal yerinə yetirəcək. VAR-da Jerön Mansxot, AVAR-da Klay Ruperti yer alacaq.

Qeyd edək ki, sentyabrın 5-də Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçiriləcək oyun saat 22:45-də start götürəcək.

Chosen
41
8
teleqraf.com

10Sources