EN

Britaniyanın müdafiə naziri Kiyevə elan olunmamış səfər edib

Bakı, 3 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın müdafiə naziri Con Hili Ukraynanın paytaxtı Kiyevə elan olunmamış səfər edib.

AZƏRTAC xəbər verir ki, Ukraynanın müdafiə naziri Denis Şmıqal bu barədə özünün sosial media hesabında yazıb.

Bildirilir ki, səfər zamanı “Ramştayn” formatında keçiriləcək növbəti görüşün əsas müddəaları, o cümlədən birgə müdafiə layihələri müzakirə olunacaq. Növbəti toplantının Londonda keçiriləcəyi planlaşdırılır.

“Səfər çərçivəsində növbəti “Ramştayn” görüşünə hazırlıq və ikitərəfli müdafiə layihələri koordinasiya ediləcək. Həmçinin ölkələrimizin müdafiə qabiliyyətini gücləndirəcək mühüm qərarlar hazırlanacaq”, – deyə Denis Şmıqal bildirib.

Xatırladaq ki, Böyük Britaniya döyüş əməliyyatlarının dayandırılmasından sonra Ukraynaya “istəkli ölkələr koalisiyası” çərçivəsində hərbi kontingent göndərəcəyini istisna etmir.

 

Chosen
28
1
azertag.az

2Sources