EN

Gürcüstan DTX-yə yeni rəis seçildi

TBİLİSİ, 3 sentyabr. TELEQRAF

Mamuka Mdinaradze Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) rəhbər seçilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, ölkə parlamentinin plenar iclasında 85 deputat onun namizədliyinin lehinə səs verib.

M.Mdinaradze DTX rəisi vəzifəsini altı il müddətinə tutacaq.

Qeyd edək ki, M.Mdinaradze 2016-cı ildən Gürcüstan parlamentinin deputatıdır. Son illərdə parlament çoxluğunun lideri, “Gürcü Arzusu” fraksiyasının rəhbəri vəzifələrini tutur. O, həmçinin hakim partiyanın icraçı katibidir.

Xatırladaq ki, A.Oxanaşvili bu ilin aprelində DTX-nin rəhbəri seçilsə də, avqustun 23-də vəzifəsini tərk edib. O, Gürcüstan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri postunu tutacaq.

Chosen
115
teleqraf.com

1Sources