sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Sabah"ın "İmişli"yə məğlub olması tək mənə yox, demək olar, hamı üçün gözlənilməz oldu". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın sabiq baş məşqçisi Ramin Quliyev deyib.O, sabiq komandasının Misli Premyer Liqasının 3-cü turunda "İmişli"yə minimal hesabla yenilməsini sürpriz adlandırıb:"İmişli" Premyer Liqada yeni komandadır. İstər-istəməz oyuna daha motivasiyalı çıxırlar. Ona görə də meydanda canlarını qoyurlar. Ola bilərdi ki, matçdan öncə "Sabah"da arxayınlıq yaransın, amma bu yol verilməzdi. Yüksək yerlər uğrunda oynayan komanda gərək bu cür matça daha məsuliyyətli yanaşsın. Çempionat uzun marafondu. Bu məğlubiyyət futbolçular üçün "soyuq duş" oldu. 4-5 komanda var ki, istər heyət, istərsə də şərait baxımından avrokuboklarda oynamağa layiqdirlər ki, onlardan biri də "Sabah"dır. Mənə elə gəlir ki, mövsümün sonunda bu komanda ilk "üçlük2də yer alacaq. Milli komandalara görə yaranan fasilə Masazır təmsilçisinə fayda verəcək. Çünki bu fasilədə çatşmazlıqları aradan qaldırmaq üçün kifayət qədər vaxt olacaq".Qeyd edək ki, "Sabah" Misli Premyer Liqasının 3-cü turunda "İmişli"yə məğlub olub - 0:1.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.