Azərbaycan milli komandasının sentyabrın 5-də İslandiya yığması ilə keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, matç Niderlanddan olan hakimlər briqadasına tapşırılıb.
Qarşılaşmanı FIFA referisi Sander van der Eyk idarə edəcək. Ona Rens Blümink və Stefan de Qroot kömək göstərəcək. Matçın dördüncü hakimi Mark Naqteqaal olacaq. VAR-da Jerön Mansxot, AVAR-da Klay Ruperti əyləşəcək.
Qeyd edək ki, qarşılaşma "Lauqardalsvöllur" stadionunda, saat 22:45-də start götürəcək.