EN

"İmişli" I Liqa komandası ilə qarşılaşacaq

Mövsümə uğurlu start verən "İmişli" milli komandaların rəsmi oyunlarına görənən fasilədən maksimum yararlanmağa çalışacaq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi bu həftə yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır. 

Rəqib I Liqa təmsilçisi "Cəbrayıl"la qarşılaşacaq. Oyun 5 sentyabrda Bakıda baş tutacaq. Tərəflər günün ikinci yarısında Mərdəkanda - "Dalğa Arena"nın köməkçi meydançasında üz-üzə gələcəklər. 

Qeyd edək ki, portuqaliyalı Jorje Kaşkilyanın baş məşqçisi olduğu "İmişli" 3 turda topladığı 4 xalla 5-ci yerdə qərarlaşıb. Aran təmsilçisi fasilədən sonra baş tutacaq 4-cü turda "Sumqayıt"ı sınağa çəkəcək.

Mirağa

Chosen
123
fanat.az

1Sources