EN

İslandiya - Azərbaycan matçında niderlandlı hakimlər

Dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində keçiriləcək İslandiya – Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Reykyavik şəhərində keçiriləcək bu qarşılaşma Niderlanddan olan hakimlər briqadasına tapşırılıb.

Matçı FIFA referisi Sander van der Eyk idarə edəcək. Ona yan xətt hakimləri Rens Blümink və Stefan de Qrot kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mark Naqteqal yerinə yetirəcək. VAR-da Jerön Mansxot, AVAR-da Klay Ruperti əyləşəcəklər.

Xatırladaq ki, İslandiya – Azərbaycan qarşılaşması Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda keçiriləcək. Oyuna saat 22:45-də start veriləcək.

Chosen
50
arena.az

1Sources