BAKI, 3 sentyabr. TELEQRAF
AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu İqor Ribeyronu üç oyunluq cəzalandırıb.
Teleqraf qurumun rəsmi saytlına istinadən xəbər verir ki, buna səbəb 29 yaşlı müdafiəçinin Azərbaycan Premyer Liqasının III turunda keçirilən "Turan Tovuz"la matçda qırmızı vərəqə alması olub.
Oyunçu görün 55-ci dəqiqəsində təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza ilə üzləşib. "Ağ-qaralar" isə 3000 manat cərimələnib.
Paytaxt təmsilçisi azarkeşlərin meydana kənar əşyalar atmasına görə əlavə 2000 manat ödəyəcək.
Bundan əlavə, "İmişli" klubu da 3000 manat cərimə edilib. Buna komandanın "Sabah"la qarşılaşmaya gec çıxması səbəb olub.
Qeyd edək ki, "Neftçi" "Turan Tovuz"a, "Sabah" isə "İmişli"yə 0:1 hesabı ilə uduzub.