EN

Gürcüstan Kəşfiyyat Xidmətinin rəisi vəzifəsini tərk edir

TBİLİSİ, 3 sentyabr. TELEQRAF

Gürcüstan Kəşfiyyat Xidmətinin rəisi İrakli Beraya vəzifəsini tərk edəcək.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yeni rəhbəri Mamuka Mdinaradze jurnalistlərə açıqlamasında bildirib.

O, DTX-yə öz komandası ilə keçəcəyini deyib.

“İrakli Berayanın dostumuz və yaxşı insan olmasına baxmayaraq, mənim öz baxışlarım, öz komandam var. Əminəm ki, biz uğurla işləyəcəyik”, - DTX rəisi söyləyib.

M.Mdinaradze komandasının tərkibinin sabah açıqlanacağını vurğulayıb.

Qeyd edək ki, İ.Beraya ötən ilin aprelindən Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsini tutur. Buna qədər o, Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri idi.

Chosen
89
teleqraf.com

1Sources