EN

Topdaşıyanlar “Turan Tovuz”u ziyana saldı

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının III turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

30.08.2025-ci il tarixində Əvəzedicilər liqasının III turunun “Sabah-2” – “Qarabağ-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

31.08.2025-ci il tarixində Əvəzedicilər liqasının III turunun “Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” oyununda topdaşıyan uşaqların say limiti pozulduğuna görə “Turan Tovuz-2” komandası 200 manat cərimə edilsin (maddə 59.1);

31.08.2025-ci il tarixində Əvəzedicilər liqasının III turunun “Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” görüşündə oyun günü planı pozulduğuna (PFL himni səslənmədiyinə) görə “Turan Tovuz-2” komandası 200 manat cərimə edilsin (maddə 61.1).

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
52
1
futbolpress.az

7Sources