EN

Bakıda həbsdə olan rusiyalılar türk dilini öyrənirlər

Azərbaycanda həbsdə olan Rusiya vətəndaşları saxlanma şəraitlərindən danışıblar. 

“Cebheinfo.az” bu barədə “Mash”-a istinadən yazır.

Məhbuslar həbsxanada onlara verilən yerli noxud şorbasını gülərək tərifləyiblər. Qohumlar qəhvə əvəzinə onlara meyvə, tərəvəz, qoz-fındıq aparırlar:

“Mühafizəçilər həlim xarakterlidir, qohumlarla həftədə iki dəfə uzunmüddətli ziyarətlərə icazə verilir. Sergey Sofronovun həbsxana yoldaşı Anton Draçevin yanına hətta nişanlısı da gəlir”.

Vaxt keçirmək üçün Anton və kamera yoldaşı gündə 4-5 saat məşq edir. Həbsxanada televizor var, amma yeganə kanal azərbaycancadır. Bu səbəbdən onlar mühafizəçiləri başa düşmək və televizora baxmaq üçün türk dillərini öyrənməyə başlayıblar. Həmçinin elmi fantastik əsərlər oxuyurlar. Xatırladaq ki, bir müddəət əvbəl Bakıda saxlanılan Rusiya vətəndaşları anaları ilə görüşüblər.

Bu barədə məhbuslardan birinin bacısı Anastasiya Bezuqlaya məlumat verib. Onun sözlərinə görə, bütün lazımi əşyaların köçürülməsi ilə bir neçə görüş təşkil olunub.

O bildirib ki, Rusiya vətəndaşlarının saxlanma şəraitindən şikayəti yoxdur, onların lazım olan hər şey var: “Konsul bir neçə dəfə uşaqlarla görüşüb və saxlanma şəraitinin yaxşı olduğunu deyib”.

Anastasiya Bezuqlaya vurğulayıb ki, görüşləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva təşkil edib.

Xatırladaq ki, Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri barədə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Qeyd edək ki, İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfərin hamısı Rusiya vətəndaşıdır.

Chosen
32
cebheinfo.az

1Sources