EN

Rusiya bu gecə 502 PUA və 24 raketlə hücum etdi

Rusiya gecə saatlarında ölkəmizə qarşı 526 silah işlədib: 500-dən çox PUA və 24 raket.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, əsas hədəflər enerji obyektləri və digər mülki infrastruktur, habelə nəqliyyat qovşağı olub:

“Aydındır ki, bunlar Rusiyanın nümayişkaranə zərbələridir. Bu günlərdə tərəfdaşlarımızla güclü təzyiq tədbirlərinə ehtiyac barədə danışacağıq. Bir neçə saatdan sonra Danimarka, Ukrayna, Şimali Avropa və Baltikyanı ölkələrin sammiti olacaq. Ukrayna üçün əhəmiyyətli bir möhkəmlətmə hazırlayırıq. Bu axşam Fransada ikitərəfli formatda səylərimizi koordinasiya edəcəyik”.

Chosen
54
2
sitat.info

3Sources