EN

Salyanda 4 minə yaxın abonentin qazı kəsiləcək

Sabah Salyan şəhərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Avtosfer.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, diametri 159 mm-lik "Şəhər dairəvi" orta təzyiqli daşıyıcı qaz kəmərində kipliyin sınağı keçiriləcək.

Bu məqsədlə saat 09:30-dan etibarən sınaq işləri başa çatanadək Salyan şəhər mərkəzində (ümumi 3981 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

 

Chosen
27
17
avtosfer.az

10Sources