EN

Ruslar “Beşiktaş”la danışıqlara başladı

ain.az, futbolpress-az saytına istinadən bildirir.

“Beşiktaş”ın futbolçusu Ernest Muçi karyerasını Rusiyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Rubin” alban hücumçunun xidmətində maraqlıdır. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Kazan klubu 24 yaşlı futbolçunun icarəsi üçün danışıqlara başlayıb.

Muçi ötən mövsümdə 28 oyunda 7 qol vurub, 4 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
95
futbolpress.az

1Sources