EN

Rusiyada ilk dəfə olaraq pilotsuz tramvay istifadəyə verilib

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada Rusiyanın ilk pilotsuz tramvayıistismara verilib.

Trend bu barədəRusiya KİV-ə istinadən xəbər verir.

Təntənəli açılış mərasimindən əvvəl müasir nəqliyyat vasitəsinin3 mərhələdə sınağı həyata keçirilib. Sınaqların bəzilərində hərehtimala qarşı sürücülər də iştirak ediblər.

Pilotsuz tramvayın şəhərin şimal-qərbində 10 saylı marşrut üzrəsərnişin daşıyacağı deyilir.

Açılış mərasimində iştirak edən Moskva meri Sergey Sobyanin ilinsonuna kimi Moskvada daha 3 pilotsuz tramvayın istismaraveriləcəyini, 2026-cı ilin sonuna kimi isə onların ümumi sayının15-ə çatdırılacağını vurğulayıb.

Məqalədə:
Chosen
103
3
az.trend.az

4Sources