EN

"ChatGPT" çökdü: Problemin səbəbi araşdırılır

“OpenAI”-nin süni intellektlə işləyən “ChatGPT” chatbotu qlobal texniki nasazlıq yaşayır.

Publika.az “Sputnik”ə istinadla xəbər verir ki, bu gün səhər saatlarında başlayan sistem kəsintisi milyonlarla istifadəçiyə təsir edib.

Sosial media istifadəçiləri “ChatGPT”-nin "cavab verməməsi" kimi şikayətlər paylaşıblar.

“OpenAI”-nin rəsmi səhifəsi sözügedən problemi təsdiqləyib. Şirkət açıqlamasında problemin səbəbinin araşdırıldığını qeyd edib.

Chosen
25
publika.az

1Sources