EN

“Liverpul”un azarkeşi Ginnesin Rekordlar Kitabına düşdü


“Liverpul”un isveçrəli azarkeşi Florian Turler Ginnesin Rekordlar Kitabına düşüb.
Yeniavaz.com
“20 Minuten” nəşrinə istinadla xəbər verir ki, Turler həyatı boyu sevimli klubunun 1047 formasını toplayıb.
İsveçrəli keçmiş futbolçu 60 yaşını qeyd etmək üçün Maqlinqendəki stadionun futbol meydançasında “Liverpul” köynəklərindən ibarət kolleksiyasını təqdim edib.
Rekord rəsmi olaraq 2025-ci il avqustun 31-də təsdiqlənib. Mərasimə Ginnesin Rekordlar Kitabının nümayəndələri gəlib və yeni dünya rekordunun sahibinə müvafiq sertifikatı təqdim edib.
Qeyd edək ki, isveçrəli 50 ildir ki, “Liverpul” azarkeşidir və onun kolleksiyasında 1950-ci illərin köynəkləri var.
Chosen
69
yeniavaz.com

1Sources