EN

"Canavarlarla rəqs edən" aktyor vəfat edib



Kanadalı aktyor Qrehem Qrin vəfat edib.

Reyting.az
ABŞ-nın "Deadline" nəşri istinadla xəbər verir ki, Qrin "Canavarlarla rəqs edən" filmindəki rolu ilə tanınıb. O, bir aktyor kimi həm də yerli xalqlardan olan bir çox aktyorların Hollivuda yol açmasında əsas söz sahibi və mühüm fiqur hesab olunurdu.

Qrehem Qrin öz aktyorluq karyerasına ilk dəfə Kanadada istehsal olunmuş "Böyük detektiv" teleserialından başlayıb. Daha sonra isə "Qaçan cəsarət" filminə çəkilib. Məhz bu filmlə də peşəkar kinoya gələn, artıq kifayət qədər tanınmış Qrin bir müddət sonra dəvət aldığı, həmçinin uğurlu "Canavarlarla rəqs edən" filmində canlandırdığı Razıyıcı Quş obrazına görə daha da məşhurlaşıb. Bu filmlə Hollivudu fəth edən məşhur Qrehem Qrin Amerika Kino Akademiyası tərəfindən "Ən yaxşı ikinci plan aktyoru" nominasiyasında "Oskar" mükafatına da layiq görülüb.

O, sonrakı illərdə "Maverik", "Möhkəm qoz 3", "Alatoran: Şəfəq", həmçinin "Yaşıl mil", "Küləkli çay" kimi Hollivud istehsalı olan baxımlı və böyük ekran əsərlərində rol alıb. Kanadalı məşhur aktyor, eləcə də Hollivudun 73 yaşlı kino ulduzu Qrehem Qrinin kinoda son işi "Rezervasiya itləri" serialındakı obrazı olub.

Oqtay QORÇU
Chosen
100
2
reyting.az

10Sources