EN

Sentyabrda xoşbəxt olacaq 3 bürc: Eşq, pul və...

Yayın son dəmlərini yaşadığımız sentyabrda bəzi bürclər belə demək mümkünsə, yenidən doğulacaq.

Ölkə.Az “Posta” qəzetinə istinadla xəbər verir ki, bu ay 3 bürcü xoş sürprizlər gözləyir. Odur ki, həmin bürcləri təqdim edirik:

Şir bürcü – Eşqdə yeni bir səhifə

Sentyabrda xüsusilə münasibətlərdə uzun müddətdir davam edən qeyri-müəyyənliklər konkretləşəcək. Subay Şirlər üçün bu ay həyatını dəyişəcək tanışlıq görünür.
Evli və ya münasibətdə olan Şirlər tərəfdaşları ilə yenidən əlaqə quracaqlar. Eşq həyatlarında göstərdikləri cəsarətin qarşılığını tapacaq və emosional məmnunluq yaşayacaqlar. Şirlər bu ay ürəklərinin səsini dinlədiklərinə görə heç vaxt peşman olmayacaqlar.

Tərəzi – Pul mükafatı

Tərəzilər uzun müddətdir ki, maliyyə cəhətdən çətinlik çəkirlər, amma mükafatlarını görmürlər. Sentyabrda bu halqa qırılacaq. Yeni iş təklifləri, yüksəlişlər, yaradıcı layihələr və təəccüblü qazanclarla dolu bir dövr başlayır.

Daha dəqiq qərarlar qəbul etmək və gəlirlərini artırmaq imkanları yaranacaq. Xüsusilə ayın ikinci yarısında maddi cəhətdən üzləri güləcək.

Oxatan – Həm eşqdə, həm şansdə zirvə

Oxatanlar üçün sentyabr hər şeyin həqiqətən öz qaydasına düşdüyü bir ay olacaq. Onların çoxdan gözlədikləri emosional aydınlıq bu ay gəlib çatır.
Yeni eşqlər, səyahət zamanı gözlənilməz tanışlıqlar və ya köhnə münasibətlərin canlanması mümkündür. Onlar təkcə sevgidə deyil, həm də iş və maliyyədə sürpriz dəyişikliklərlə qarşılaşacaqlar. Oxatanlar bu ay həyatdan həqiqətən həzz alacaqlar.

Billurə
 

Chosen
133
1
olke.az

2Sources