Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
L.Xarabadzenin Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri Mamuka Mdinaradzenin müavini vəzifəsinə təyin olunacağı bildirilib.
Qeyd edək ki, L.Xarabadze bu ilin mayın 6-da Kvemo Kartlinin qubernatoru vəzifəsinə təyinat alıb. O, bundan öncə Şida Kartli bölgəsinin qubernatoru olub, daha əvəllər isə müxtəlif bölgələrin polis departamentlərində rəhbər vəzifələrdə çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31