Vaşinqton, 4 sentyabr , AZƏRTAC
Polşanın Prezidenti Karol Navrotski ABŞ Prezidenti Donald Trampa görüşmək üçün Ağ evə gəlib.
AZƏRTAC-ın məlumatına görə, Ağ evin qarşısında Donald Tramp polşalı həmkarını qarşılayıb. Daha sonra hər iki lider Ağ ev üzərindən uçuş həyata keçirən 8 qırıcı təyyarəni izləyiblər. 4 F-16 təyyarəsi yeni həlak olmuş polşalı pilotun və 4 F-35 təyyarəsi ABŞ ilə Polşa arasındakı möhkəm münasibətlərin şərəfinə havaya qaldırılıb.
Daha sonra tərəflər arasında görüş başlayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton