EN

Rusiya Konstantinovkaya hücumlar edib − Ölənlər var


Sentyabrın 3-də səhər saatlarında Rusiya Silahlı Qüvvələri Konstantinovka şəhərinə hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Donetsk vilayəti administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat yayıb.
Atışma nəticəsində yaşları 44-74 arasında olan 8 mülki şəxs həlak olub. Daha 6 nəfər yaralanıb. İki çoxmərtəbəli bina, fərdi yaşayış evi, mağaza, ticarət mərkəzi və beş ticarət pavilyonuna ziyan dəyib.
Filaşkin bildirib ki, gün ərzində Rusiya ordusu həmçinin şəhərə iki dəfə FPV dronları ilə zərbələr endirib, mülki avtomobilləri vurub. Hücumlarda 36 yaşlı mülki şəxs həlak olub, daha bir nəfər isə yaralanıb.
Chosen
101
50
yeniavaz.com

10Sources