EN

Sabah İzmirdə IV Türkiyə-Azərbaycan Enerji Forumu keçiriləcək

Sabah İzmirdə IV Türkiyə-Azərbaycan Enerji Forumu öz işinə başlayır.

Teleqraf.com xəbər verir ki, forumda Türkiyənin təbii sərvətlər naziri Alparslan Bayraktar ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan protokol imzalanacaq.

Türkiyə və Azərbaycanın müvafiq dövlət və özəl sektorlarının iştirakı ilə yaradılmış işçi qrupları arasında "Karbohidrogenlər və Neft-kimya", "Bərpa olunan enerji" və digər sahələr üzrə müzakirələr aparılacaq.

Chosen
79
teleqraf.com

1Sources