ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzÉ™rbaycan MÉ™rkÉ™zi Bankı (AMB) rÉ™qÉ™msal maliyyÉ™ ekosisteminin inkiÅŸafı, mÉ™lumatlılığın artırılması, tÉ™rÉ™fdaÅŸlarla effektiv kommunikasiyanın güclÉ™ndirilmÉ™si çərçivÉ™sindÉ™ yeni informasiya platforması olan veb-saytı vÉ™ sosial media sÉ™hifÉ™lÉ™rini istifadÉ™yÉ™ verib.Â
525.az bu barÉ™dÉ™ AMB-yÉ™ istinadÉ™n xÉ™bÉ™r verir.Â
Məlumata görə, maliyyə texnologiyalarına və innovasiyalara həsr olunmuş yeni veb-sayt fintech.cbar.az ölkədə rəqəmsal maliyyə ekosistemində baş verən ən son yenilikləri, sektorun tənzimləyicisi kimi AMB-nin bu sahədə həyata keçirdiyi fəaliyyətləri, planlaşdırılan tədbirləri və rəqəmsal həllərə dair məlumatları bir ünvanda toplayıb istifadəçilərə təqdim edir.
İstifadədə rahat interfeysə malik olan veb-saytda xüsusi tənzimləmə rejimi, Açıq bankçılıq konsepsiyası, virtual aktivlər və paylanılmış "KYC" sahələri üzrə mühüm məlumatlar və ən son yeniliklər diqqətə çatdırılır.
Linkedin və instaqram sosial şəbəkələrində yaradılmış yeni "Fintech_by_cbar" səhifələri isə maliyyə texnologiyaları sahəsi üzrə ölkədə və onun hüdudlarından kənarda baş verən yenilikləri və mühüm xəbərləri sosial media izləyicilərinin diqqətinə çatdıracaq. Maraqlı məzmunlar və interaktiv formatda paylaşımlar bu sahə üzrə məlumatlılığın artırılmasına töhfə verəcək.
Yeni rəqəmsal platformaların AMB ilə ekosistem iştirakçıları arasında innovasiyayönümlü əməkdaşlığı təşviq edəcəyi və sektorun dayanıqlı inkişafına töhfə verəcəyi gözlənilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.