EN

Mərdəkanda “Toyota” ilə avtoxuliqanlıq edib “TikTok”da paylaşdı 77 UH 176 VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü özünü videoya çəkərək “TikTok” sosial platformasında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, görüntülər Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Belə ki, 77-UH-176 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Kadrdan da göründüyü kimi, o, sərt manevr edərək geriyə dönüb. Gecə saatlarında qeydə alınmış digər görüntüdə sürücü avtoxuliqanlıq edib. Əl əyləcini çəkən sürücü avtomobili əks istiqamətdə fırladıb. Bu zaman o, hərəkətdə olan digər nəqliyyat vasitələrinə təhlükə yaradıb.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
94
avtosfer.az

1Sources