1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Neftçi" AFFA-nın İntizam Komitəsinin bugünkü iclasının İqor Ribeyro ilə bağlı qərarından apellyasiya şikayəti verib.
Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" futbolçunun 3 oyun cəzalandırılıb, klubun isə 3000 manat cərimə edilməsi qərarı ilə razı deyil.
Xatırladaq ki, İqor Ribeyro Misli Premyer Liqasının 3-cü turunun "Neftçi" - "Turan Tovuz" oyununun 55-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alıb.